Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var

12 Mart 2023 10:00

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Milli.Az