Gürcüstanda etirazlar yenidən başladı

12 Mart 2023 11:36

Müxalif "Yeni Siyasi Mərkəz - Qirçi" partiyası Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında məcburi hərbi xidmətə çağırışa qarşı mitinq keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat verib.

Aksiyada "Köləliyə yox", "Hərbi xidmətə yox" şüarları səsləndirilib. Aksiya iştirakçıları Gürcüstan ordusunda könüllü xidmət tətbiqini tələb ediblər.

"Biz ordunun könüllü olmasını və heç kimin onun iradəsi əleyhinə çağırılmamasını tələb edirik", - Qirçi partiyasından deputat Aleksandr Rakviaşvili deyib.

Milli.Az