Li Şanfu Çinin müdafiə naziri təyin edilib

12 Mart 2023 11:48

Ümumçin Xalq Nümayəndələri Məclisi Li Şanfunun Çin Xalq Respublikasının müdafiə naziri təyin edilməsini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, 65 yaşlı general Rusiya ilə əməkdaşlığa görə ABŞ-ın sanksiyası altındadır.

Li Şanfu əvvəllər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin hərbi şurasına daxil idi. İndi o, Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının yenilənmiş tərkibinə daxil edilib.

Milli.Az