QORXUNC PROQNOZ: Yerlə toqquşa biləcək asteroid aşkarlandı

12 Mart 2023 08:37

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2046-cı ildə Yerlə toqquşa biləcək asteroid aşkarlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə idarənin rəsmi sosial media hesabında yazılıb. Bildirilib ki, hadisənin 14 fevral 2046-cı il tarixində baş vermə ehtimalı var.

Qeyd olunub ki, "2023 DW" adlı asteroidin diametri 50 metrə yaxındır. Onun Yerlə toqquşma ehtimalı 625-də 1 olaraq qiymətləndirilir.

Milli.Az