Albaniya Prezidenti Bayram Beqay Azərbaycana işgüzar səfərə gəlib

11 Mart 2023 18:02

Albaniya Respublikasının Prezidenti Bayram Beqay X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 11-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az