Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun üçüncü günü başlayıb - FOTO

11 Mart 2023 12:40

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun üçüncü gününə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün final yarışları keçiriləcək: kişilər sərbəst məşqlər, paralel tirlər və halqalarla məşqlərlə, qadınlar isə dayaq tullanışı və müxtəlif hündürlüklü qollarda hərəkətlərlə çıxış edəcəklər. Yarışların nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyən ediləcəklər.

Finalda halqalarla məşqlə azərbaycanlı idmançı Nikita Simonov çıxış edəcək.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edir ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Final yarışlarında Nikita Simonovla (halqalarla məşq) yanaşı sabah, yəni martın 12-də azərbaycanlı idmançılar İvan Tixonov (köndələn tir üzərində hərəkətlər) və Nazənin Teymurova (sərbəst hərəkətlər) çıxış edəcəklər.

Milli.Az