"Kimlə istəyərəm gəzərəm də, danışaram da" - Pərvin Abıyeva

11 Mart 2023 14:55

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,aktrisa heç kimin iradına əhəmiyyət vermədiyini açıqlayıb. O, TikTok-da canlı yayımla verilən suallara belə reaksiya verib:

"Kimlə istəyərəm gəzərəm də, nə istəyərəm danışaram da. Bu həyat mənimdir. İstəyirsiniz qəbul edin, istəmirsiniz etməyin. Mən öz puluma, hesabıma Pərvin olmuşam".

Milli.Az