"Həyatı özümə çətinləşdirirəm"

12 Mart 2023 06:37

"Ömər" serialında baş rolu canlandıran aktyor Selahattin Paşalı əziyyət çəkdiyi vərdişləri barədə açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor bu barədə Hakan Genceyə müsahibəsində danışıb:

"İş məsləsində həyatı özümə çətinləşdirirəm. Bir səhnə pis keçsə ağlımdan çıxmır. Ən az 2-3 gün yata bilmirəm. Evdən çıxmaqda da çətinlik çəkirəm. "Görəsən qazı söndürdüm", "Suyu bağladım" deyə, dəfələrlə yoxlayıram".

Milli.Az