Hökumət telefonlarında “TikTok”a qadağa qoydu

11 Mart 2023 12:49

Belçika Milli Təhlükəsizlik Şurası Çinin tətbiqi olan "TikTok"un dövlət işçilərinin iş telefonlarında istifadəsinə qadağan qoyub.

"Biz sadəlövh ola bilmərik: "TikTok" Çin şirkətidir və indi Çin kəşfiyyat agentlikləri ilə əməkdaşlıq etməlidir", - deyə Belçika Baş naziri Aleksandr de Kroo bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Belçikanın bu qadağası ölkənin kəşfiyyat xidmətləri tərəfindən aparılan risk təhlili və milli kibertəhlükəsizlik mərkəzinin tövsiyələrinə əsaslanır.

Qadağa altı ay müddətinə qüvvədə olacaq, bundan sonra Belçika hakimiyyəti öz tövsiyələrini yenidən nəzərdən keçirəcək.

Milli.Az