Uçuşa gecikən sərnişin təyyarəni «bombaladı»

14 May 2010 16:40
Milli.Az utro.ru saytına istinadən xəbər verir ki, Moskva-Sankt-Peterburq reysinə gecikəcəyini görən sərnişin hava limanının təhlükəsizlik xidmətinə zəng vuraraq, uçacağı təyyarəyə bomba qoyulduğunu söyləyib. Məlumat dərhal növbətçi hissəyə ötürülüb və bütün məsul qurumlar dərhal işə cəlb olunub. Uzun-uzadı axtarış işləri nəticə verməyib və təbii olaraq, heç bir partlayıcı aşkarlanmayıb.

Reysə gecikəcəyindən narahat olan sərnişin isə təyyarəyə gəlib çatsa da, yenə də uçmaq arzusu gözündə qalıb. Onun barəsində müvafiq maddə ilə cinayət işi açılıb və indi həmin şəxs təxminən 3 il heç yerə uça bilməyəcək: onu həbs gözləyir...

Milli.Az