Məşhur bank müflis oldu

11 Mart 2023 08:25

ABŞ-ın Kaliforniya ştatı Maliyyə Mühafizəsi Departamenti ölkənin ən böyük banklarından biri olan "Silicon Valley Bank" bankının müflis olduğunu elan etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məlumat departamentin saytında yerləşdirilib.

"CNN" televiziya kanalı qeyd edib ki, bu, 2008-ci ilin maliyyə böhranından bəri ABŞ-da ən böyük bank müflisliyidir. Silikon vadisinin müəssisələrinin aparıcı kreditorlarından biri iki gündən az müddətdə müflis oldu.

"Silicon Valley" bankı Federal Əmanətlərin Sığortalanması Komissiyasına təhvil verilib. Kapitalın qalan hissəsi əmanətçilərə kompensasiya vermək və kreditorlara borcları ödəmək üçün istifadə olunur.

Milli.Az