Almaniyada polis aptekə hücum edib

11 Mart 2023 07:53

Almaniyanın Karlsrue şəhərində polis xüsusi təyinatlıları naməlum şəxsin iki nəfəri girov saxladığı aptekə hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər polisi xəbər verib.

"Saat 21:10-da polis xüsusi təyinatlıları aptekə basqın ediblər. Bu əməliyyat zamanı şübhəli şəxs saxlanılıb. Hazırda binaya baxış keçirili", - deyə qeyd olunub.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Milli.Az