A Seriyası: “İnter” gözlənilmədən məğlub olub

11 Mart 2023 08:59

Futbol üzrə İtaliya çempionatının XXVI turunun matçında "Spetsiya" "İnter"i məğlub edib.

Milli.Az "report"a istinadən bildirir ki, Spetsiya şəhərində keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Daniel Maldini (55-ci dəqiqə) və Mbala N Zola (87, penaltidən) fərqləniblər. "İnter"də Romelu Lukaku (83, penaltidən) komandasının yeganə qolunu vurub.

Qeyd edək ki, 13-cü dəqiqədə Milan klubunun hücumçusu Lautaro Martinez 11 metrlik cərimə zərbəsini qola çevirə bilməyib.

A Seriyasının 26 turundan sonra "İnter" 50 xal toplayıb və turnir cədvəlində lider "Napoli"dən 15 xal geri qalaraq turnir cədvəlində ikincidir. "Spetsiya" 26 oyunda 24 xal toplayaraq turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Bu qələbə sayəsində Luka Qottinin yetirmələri yeddi matçlıq məğlubiyyət seriyasını dayandırıblar.

Növbəti mərhələdə "Spetsiya" səfərdə "Sassuolo" ilə (17 mart), "İnter" isə Turində "Yuventus"la (19 mart) qarşılaşacaq.

Milli.Az