Yeni sosial şəbəkə yaradılır

11 Mart 2023 07:11

ABŞ-ın "Meta" şirkəti ən son məlumatları paylaşmaq mümkün olacaq ayrıca sosial şəbəkə yaratmaq imkanlarını araşdırır.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalına şirkətin nümayəndəsi bildirib.

Telekanal qeyd edib ki, planlaşdırılan sosial şəbəkə konseptual olaraq "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyir.

Bu platformanın mərkəzləşdirilməməsi planlaşdırılır, yəni istifadəçilər bir mərkəzi platforma deyil, hər birinin öz qaydaları olan müxtəlif serverlər və ya icmalar yarada biləcəklər.

Milli.Az