Türkiyədə zəlzələ qurbanlarının sayı 48 minə çatır - YENİLƏNİB

10 Mart 2023 18:56

18:56

Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 932-yə yüksəlib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.

-------

17:07

Türkiyədə zəlzələ qurbanlarının sayı 47 000-i keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində ümumilikdə 115 000-dən çox yaralı var.

Prezident həlak olanların yaxınlarına bir daha başsağlığı verib.

Milli.Az