"Əxlaqı, ailə haqqında təsəvvürü olmayanlar çıxıb verilişdə ailədən danışır".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Günün sədası" verilişində deyib. Müğənni verilişlərdə ailə haqqında danışan bəzi insanları tənqid edib.
Ağayev Əməkdar artist Nailə İslamzadənin toyunun aparıcısı olmasından da danışıb:
"Sadə idi, pafoslu heç nə yox idi. İndiki toylardakı yanaşma yox idi. O qədər gözəl mesaj verirdiniz ki... Azərbaycan ailəsi haqında kim danışa bilər? Bəzən verilişlərdə elə adamlar danışır ki... Bu da istər-istəməz yaxşı deyil".
Müğənni haqqında yayılan şayiələrə aydınlıq gətirərək "Bəziləri deyir ki, Ağadadaş daha canlı oxumur. Təmirdən çıxmışam, oxumaq istəyirəm. Əksinə indi cavan səslə oxuyuram" sözlərini əlavə edib.
Milli.Az