Bulvarda özünü dənizə atan kişi belə xilas edildi - VİDEO

10 Mart 2023 18:08

Bakıda kişi özünü dənizə atıb.

Hadisə bulvar ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş dalğıclar tərəfindən xilas edilib.

Milli.Az