“Xaricdə su israfına görə cərimələr bizdən artıqdır”

10 Mart 2023 17:13

"Son 3 ildə ölkə üzrə su balansı hazırlanır. Qiymətləndirmədən sonra düzgün bölgü olacaq. Son 7-8 il ölkəmizdə quraqllıq illər kimi xarakterizə olunur. Son 5 ildə Mingəçevir su anbarında 40 faizə qədər azalma müşahidə olunub".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Mingəçevir su anbarına gələn çayların miqdarı da azalıb: "Buna baxmayaraq, su komissiyası tərəfindən görülən işlər sayəsində anbarda su ehtiyatı toplanır. Bu məsələdə dövlət öz tənzimləyici mexanizmindən istifadə edir. Lakin vətəndaşlar da öz üzərlərinə düşəni etməlidirlər. Xarici ölkələrdə su israfına görə cərimələr bizdən qat-qat artıqdır. Məcburuq ki, suya qənaətli yanaşaq".

Milli.Az