"Xəstəlik iş yerlərindən başlayır” - ÜST-dən MÜRACİƏT

12 Mart 2023 21:19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan bütün ölkələrə müraciət edib.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus X Qlobal Bakı Forumu çərçivəsində "Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət" mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində səsləndirib.

"Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq.

Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır", - o, vurğulayıb.

Milli.Az