Urmiyada güneyli aktyor həbs edildi

10 Mart 2023 16:05

İranda azərbaycanlı incəsənət xadimi və aktyor Rza Purcəfər İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, Urmiya sakini olan Purcəfərin saxlanılma səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.

O da vurğulanıb ki, saxlanıldığı vaxtdan bəri onun "Instagram" hesabı da bağlanıb.

Milli.Az