Bakıda daha bir QORXUNC OLAY: Qadın güclə qapını açıb özünü çölə atdı - FOTO

10 Mart 2023 23:59

Bakının mərkəzi küçələrinin birində yaşayış binasında baş verənlər ətrafdan keçənlərin ayaq saxlamasına səbəb olub.

Milli.Az xəbər verir ki, 4 mərtəbəli köhnə yaşayış binalarından birinin sonuncu mərtəbəsində bir evdə baş verən yanğın nəticəsində ev sahibi tüstüdən boğulub ölmək təhlükəsi ilə üz-üzə qalıb.

Eyvanın qapısını güclə açaraq özünü çölə atan şəxstüstüdən boğulduğu üçün eyvanda yedə yıxılı vəziyyətdə əlini çətinliklə yuxarı qaldıraraq ətrafdakı insanların diqqətini çəkib ona kömək ütməsini istəyib. Kadrlardan hadisə şahidlərinin xəbərdarlığı nəticəsində əraziyə Yanğınsöndürən briqadasının gəldiyi də aydın görünür. 

Lakin evinin giriş qapısının bağlı olması qonşuların yanğına müdaxiləsini ləngitdiyindən qadın olduğu deyilən həmin şəxsin boğulmaq təhlükəsi ilə üzləşdiyi iddia olunur. 

Burada ən diqqətçəkən məqamlardan biri isə binanın aşağısında toplaşan onlarla insanın hadisəni kənardan seyirci qisməində izləməsindən ziyadə, baş verənləri çox rahatlıqla telefonlarının kamerası ilə çəkmələri olub.

Həmin hadisədən kadrları təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az