Vilayət Eyvazov bu rayonun rəisini işdən çıxardı

10 Mart 2023 12:14

Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Milli.Az