Telefonların yeri necə aşkar edilir?

19 Mart 2023 22:39

Telefonların yerini aşkar etmək üçün mütləq geolokasiya funksiyası aktiv olmalıdır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, hər hansı bir cihazın yerini başqa cür təyin etmək mümkün deyil. 

"Wi-Fi" aktivləşdirilmiş telefon avtomatik olaraq yaxınlıqdakı şəbəkələrə qoşulur və siqnal gücünü qeyd edir. İctimai yerlərdəki  "Wi-Fi"dan istifadə edərkən provayder geolokasiyaya razılıq tələb edir. Bundan sonra o cihazın nöqtənin əhatə dairəsində yerini müəyyənləşdirir. Beləliklə, telefonun olduğu nöqtə təyin olunur. 

Milli.Az