Kritik aylar: Rusiya Ukraynada taktiki uğur qazanacaq

10 Mart 2023 12:03

Növbəti yarımil Ukrayna konflikti üçün kritik ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

"Kəşfiyyat məlumatlarına görə, növbəti bir neçə ay - dörd, beş, altı ay - Ukraynada döyüşlər üçün kritik olacaq. Rusiya hərbçiləri taktiki uğurlara nail olacaqlar, lakin bunlar əhəmiyyətli olmayacaq", - deyə o bildirib.

Milli.Az