“Kim haranı istəyir sökür, boğaza yığıldıq” - VİDEO

10 Mart 2023 18:30

Aparıcı Vüsalə Əlizadə yolların tez-tez təmir olunmasından narahatdır.

Milli.Az olay-a istinadən xəbər verir ki, video paylaşan Əlizadə günorta vaxtı yolda aparılan bərpa işlərindən gileylənib:

"Günün günorta çağı bu nə deməkdir? Bir qarış yeri qırlayacaqlar deyə, 1 saat 10 dəqiqədir tıxacda nəfəsimiz kəsildi! Zatən stresli həyatımız bitmir, bu yollardan çəkdiyimiz nədir?Bu işə müəyyən bir saat ayrıla bilməz? Kim haranı istəyir sökür, boğaza yığıldıq".

Milli.Az