Məşhur aparıcı evlənir: Toy İtaliyada olacaq - FOTO

10 Mart 2023 09:21

Məşhur türkiyəli aparıcı Burcu Esmersoy nikah masasına oturacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir müddətdir sevgili olduğu Nazım Akmandil ilə evlənməyə qərar verən aparıcının toy tarixi bəlli olub.

Münasibətlərini gözdən uzaq yaşayan Akmandil və Esmersoy aprelin 1-də İtaliyada evlənəcəklər. Cütlük İtaliyanın Portofino şəhərində nikah masasına əyləşəcək.

Daha əvvəl iki dəfə evli olan 46 yaşlı Burcu Esmersoyun hansı gəlinliyə üstünlük verəcəyi maraq doğurub.

Milli.Az