Gürcüstanda etirazçılar hakimiyyətə yeni ultimatum veriblər

9 Mart 2023 23:39

Gürcüstanda etirazçılar hakimiyyətə yeni ultimatum veriblər.

Milli.Az APA-ya istinadən bildirir ki, onlar hökumətin istefa verməsini tələb ediblər.

Qeyd edək ki, martın 6-da Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu birinci oxunuşda qəbul edib. Təşəbbüs gəlirlərinin 20 faizindən çoxunun xaricdən gəldiyi təqdirdə qeyri-kommersiya hüquqi şəxslərin və medianın xarici agent statusunu almasını nəzərdə tutur.

Bundan sonra parlamentin qərarı ilə razılaşmayan yüzlərlə insan Tiflis küçələrinə axışıb - onlar başqa şeylərlə yanaşı, "Rusiya qanunlarına yox" şüarları səsləndiriblər. Sakinlər qanun layihəsinin qəbulunu ölkənin qərbyönümlü kursundan yayınma kimi qiymətləndiriblər. Hakimiyyət sonradan qanunu ləğv edib.

Milli.Az