Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin olundu

9 Mart 2023 21:33

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da müavfiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar İsmayıl oğlu Əliyev sözügedən posta gətirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev bundan əvvəl Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi.

Milli.Az