Azərbaycanı "Avroviziya"da bu qardaşlar təmsil edəcək - VİDEO

9 Mart 2023 21:22

Avroviziya 2023​ Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edəcək.

Milli.Az xəbər verir ki, bu barədə İTV məlumat yayıb. Bildirilib ki, Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.

Xatırladaq ki, "Avroviziya 2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Milli.Az