İrana gedən azərbaycanlı gənc itkin düşüb, araşdırma aparılır

9 Mart 2023 11:51

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Səfərli Fərid Qabil oğlunun İranda itkin düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun anası Əskərova Dilarə məlumat verib.

O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb. Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb. "5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur", - deyə D.Əskərova qeyd edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə artıq araşdırma aparılır, məlumat veriləcək.

Milli.Az