İki kanala cəza verildi

9 Mart 2023 20:51

Türkiyənin Radio və Televiziya Şurası bir neçə kanalı cəzalandırıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, qurum "Flash" TV-yə 3 dəfə proqram dayandırma, Habertürk TV-yə isə pul cəzası verib.  

"Flash"a verilən cəzanın səbəbi proqramlarından birində şiddət, nifrət dolu fikirlərin yer almasıdır. Habertürk-də isə RTÜK-ün bir media qurumunun tədbirinə icazə verməməsi ilə bağlı iddianın səslənməsi pul cəzasına səbəb olub.

Milli.Az