Komanda 7:1 uduzdu: Məşqçi qovuldu

9 Mart 2023 09:33

Skott Parker 10 həftədən az müddət idi "Brugge"nin baş məşqçisi olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Belçika klubu daha əvvəl "Fulhem" və "Bornmut"a rəhbərlik etmiş ingilisin qovulduğunu açıqlayıb.

42 yaşlı mütəxəssis 2022-ci il dekabrın 31-də təyinat alıb. "Brügge" onun rəhbərliyi altında 12 oyunda iki dəfə qalib gəlib.

Belçika çempionatında komanda 4-cü yeri tutur və dünən "Benfika"ya ümumi hesabda 1:7 hesabı ilə uduzaraq Çempionlar Liqasını tərk edib.

Milli.Az