Moda nümayişinə yorğan-döşəkdə gəldi - VİDEO

9 Mart 2023 21:11

Paris Moda Həftəsi təəccübləndirməyə davam edir.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu dəfə diqqətçəkən sima məşhur estoniyalı reper Tommi Kəş olub. Belə ki, o, moda nümayişini izləməyə pijamaları ilə yorğan-döşəkdə gəlib.

Sənətçi üzünə baxım maskası vurmağı da unutmayıb.

Tommi həmin anları instaqram hesabında izləyicilərlə bölüşərək, "Üzr istəyirəm, gec yatmışam", - deyə, bildirib.

Milli.Az