Pərəstişkarını məhkəməyə verdi

9 Mart 2023 16:39

Türkiyəli müğənni Tan Taşçı pərəstişkarından şikayətçi olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Nurşan adlı izləyicisinin mütəmadi ona ismarıclar yazaraq narahat etdiyini, konsertlərinə gələrək problem yaratdığını bildirərək onu məhkəməyə verib.

Həmin şəxs barəsində 3 aylıq uzaqlaşdırma qərarı verilib.

Milli.Az