Rusiyada güclü zəlzələ olub

9 Mart 2023 08:40

Sakit okeanda Kamçatkanın şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

Zəlzələnin mənbəyinin Petropavlovsk-Kamçatskidən 199 km aralıda olduğu dəqiqləşdirilir.

Martın 8-də Kamçatkanın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az