Quterreş Zelenski ilə görüşüb

9 Mart 2023 07:55

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü, martın 8-də ölkəyə səfərdə olan BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə dövlət başçısı "Telegram" səhifəsində məlumat verib.

"Mən bu gün Kiyevdə - Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri üçüncü dəfədir Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və BMT nümayəndə heyətini salamlamaqdan məmnunam", - Zelenski yazıb.

O, Kiyevdə sülh və beynəlxalq təhlükəsizlik, eləcə də BMT Nizamnaməsinin tam olaraq yerinə yetirilməsinə dair müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, BMT-nin baş katibi Antonio Quterreş martın 8-də Ukraynanın paytaxtına rəsmi səfərə gəlib. Bu, Rusiyanın genişmiqyaslı hücumu başlayandan bəri Antonio Quterreşin Ukraynaya üçüncü səfəridir.

Bildirilir ki, BMT baş katibi ilə Ukrayna Prezidenti arasında danışıqların əsas mövzusu "taxıl sazişi"nin müddətinin uzadılması olub.

Milli.Az