Təyyarə qəzaya uğrayıb, ölən var

9 Mart 2023 08:59

Bolqarıstanda yüngül idman təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə günü prokuror Nataliya Nikolova məlumat verib.

Onun sözlərinə görə, qəza nəticəsində 31 yaşlı pilot həlak olub.

"Hadisə günorta saatlarında Sofiya yaxınlığındakı Lesovo aerodromunun yaxınlığında baş verib, təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb, versiyalardan biri pilot səhvidir", - deyə prokuror bildirib.

Milli.Az