ABŞ kəşfiyyatı: Rusiya bu sahədə dünyada ən güclüdür

9 Mart 2023 07:17

Rusiyanın nüvə arsenalı dünyanın ən güclüsüdür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının illik təhdidlərin qiymətləndirilməsi ilə bağlı hesabatında bildirilib.

"Rusiya ən böyük və ən güclü nüvə silahı ehtiyatını saxlayır, nüvə silahı sahəsində öz imkanlarını genişləndirməyə və modernləşdirməyə davam edir", - sənəddə deyilib.

Kəşfiyyatın hesablamalarına görə, Rusiya uzaqmənzilli nüvə raketlərini və sualtı "çatdırılma sistemlərini" təkmilləşdirir, həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilən geniş, müxtəlif və müasir qeyri-strateji sistemlər xəttini genişləndirir və modernləşdirir.

Milli.Az