1:5-dən sonra istefaya göndərildi

8 Mart 2023 22:50

"Brügge" baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 42 yaşlı mütəxəssis təyinatından 9 həftə sonra istefaya göndərilib

O, 2022-ci il dekabrın 31-dən "Brügge"ni çalışdırırdı. Belçika təmsilçisi Parkerin baş məşqçiliyi altında 12 oyunda 2 dəfə qalib gəlib.

Belçika çempionatında komanda 4-cü yeri tutur. Həmçinin "Brügge" Çempionlar Liqasının 1/8 finalının cavab oyununda ötən gecə "Benfika"ya uduzub - 1:5. Onlar ilk görüşdə də məğlub olublar - 0:2. Nəticədə "Brügge" ÇL-də mübarizəni dayandırıb. 

Milli.Az