Tbilisidəki etiraz aksiyalarında 76 nəfər saxlanılıb - FOTO

8 Mart 2023 21:58

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyasının miqyası genişlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, parlament binasının qarşısına toplaşan müxalif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, media nümayəndələri və vətəndaşlar "xarici agentlər" haqqında qanuna etiraz ediblər.

Aksiyaya paytaxtın müxtəlif universitetlərində təhsil alan tələbələr də qoşulublar.

Etirazlar səbəbindən Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiyada etnik azərbaycanlı vətəndaş cəmimyyəti fəalları da çıxış ediblər.

Etiraz aksiyasında Gürcüstanın, Avropa İttifaqının və Ukraynanın himnləri səsləndirilib.

Əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım maşınları cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Yerli KİV daha 10 nəfərin saxlanılması barədə məlumat yayıb.

Bununla da ötən gündən bəri saxlanılanların sayı 76-ya çatıb.

Milli.Az