Qapıçıya hücum etdiyinə görə HƏBS OLUNDU

8 Mart 2023 21:12

PSV-nin adı açıqlanmayan bir azarkeşi Avropa Liqasının pley-offunda "Sevilya" ilə cavab görüşündəki hərəkətlərinə görə həbs cəzası alıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Həmin azarkeş fevralın 23-də keçirilən matçda rəqibin qapıçısı Marko Dmitroviçə hücum edib. Qapıçı xəsarət almayıb. Hətta Dmitroviç onu dayandırmağa, zərərsizləşdirməyə çalışıb.

Araşdırmadan sonra azarkeş bu hərəkətinə görə 3 aylıq həbslə cəzalandırılıb.

Qeyd edək ki, "Sevilya" PSV-ni 2 oyunun cəmində (3:0; 0:2) məğlub edərək, 1/8 finala adlayıb.

Milli.Az