Rusiyada erməni konsert zamanı pilləkəndən yıxılaraq öldü - VİDEO

8 Mart 2023 20:20

Rusiyada 41 yaşlı erməni konsert zamanı pilləkəndən yıxılaraq ölüb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, hadisə Soçidə konsert zamanı baş verib. Erməni qızı çiynində səhnəyə getmək istəyərkən pilləkənlərdən yıxılıb.

41 yaşlı Norayr Palozyan dörd yaşlı qızı çiynində səhnəyə qalxmaq istəyərkən üç metr hündürlükdən yıxılaraq ölüb.

İndi onun yaxınları yaxınlıqda mühafizəçilərin və hadisə yerində təcili tibbi yardım maşınının olmadığını əsas göstərərək cinayət işinin açılmasını tələb edirlər.

Milli.Az