Malatyada beşmərtəbəli bina çökdü - FOTO

8 Mart 2023 19:38

Türkiyənin Malatya şəhərində beşmərtəbəli bina çöküb.

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, binanın zədəli olduğu bildirilib.

Hazırda axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.

İtkilərin olub-olmaması barədə məlumat yoxdur.

Milli.Az