AB-dən Gürcüstan açıqlaması: Çox narahatıq...

8 Mart 2023 18:50

Gürcüstanda baş verən hadisələrdən çox narahatıq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Tvitter səhifəsində yazıb.

O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir:

"Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik AB layihəsinin açarıdır".

Milli.Az