Prezident: Latviya Aİ ilə Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır

8 Mart 2023 15:40

Siyasi dialoq və iqtisadi əməkdaşlıq Azərbaycanla Latviya arasında sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı bildirib ki, həmçinin Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır.

Milli.Az