Saat hansı qola taxılmalıdır?

19 Mart 2023 21:57

Bir çox insan qol saatının kişilərin sağ, qadınların isə sol qola taxmalı olduqlarını hesab edirlər.

Milli.Az lent.az-a istinadən bildirir ki, qadın və kişilərin saatı hansı qola taxması ilə bağlı heç bir qayda yoxdur. 

Qadın və kişilər qol saatından aksessuar kimi istifadə edirlər. Kişi və ya qadın olmasından asılı olmayaraq qol saatı adətən sol qola taxılır. 

Araşdırmalara görə, saat əslində hər iki qola taxıla bilər. Amma ümumilikdə saatı sol qola taxırlar.

Milli.Az