Əməliyyatdan sonra ilk dəfə VİDEOsunu paylaşdı

8 Mart 2023 13:24

Evdə keçirdiyi qəza nəticəsində qaşı yarılan və 12 tikiş atılan müğənni Günel Zeynalova ilk dəfə kamera qarşısına keçib.

Milli.Az xəbər verir ki, videodan sənətçinin yaxşılaşdığı məlum olub. O, qaranlıqda kibrit yandıraraq öz ifasını kameraya çəkib.

"Ağzınızdan çıxan sözlərə aludə ola bilərsən... Həyatınızda bir söz belə önəmlidir. O zaman hamınıza sevgi, sağlamlıq, uğurlar. Hər kəsdən kibritli videolar istəyirəm" , - ulduz paylaşımına qeyd edib. (publika)

Milli.Az