Biləsuvarda zəlzələ oldu, ətraf rayonlarda da hiss edildi

8 Mart 2023 10:52

Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib.

Milli.Az