Röya qapıya papaq atan uşağı sevindirdi - VİDEO

8 Mart 2023 12:06

Xalq artisti Röya Ayxan növbəti addımı ilə hər kəsi kövrəldib.

Milli.Az olay-a istinadən xəbər verir ki,rejissor və aparıcı Ranar Musayevin evində qonaq olan sənətçi maraqlı hadisə yaşayıb.

Çərşənbə münasibətilə qapıya papaq atan uşağı Röya qarşılayıb. O, azyaşlının papağına qoz-fındıq və pul hədiyyəsi qoyub. Həmin anlarda kövrələn R. Ayxan uşaqdan bu hədiyyəni oğlunun adından qəbul etməsini istəyib.

Milli.Az