Gəncədə FACİƏ: ata və övladları dəm qazından zəhərləndilər

8 Mart 2023 09:21

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Milli.Az bildirir ki, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az